"Qəbələ" APOEL-i qəbul edir

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun komandası 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşacaq.

Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar"ın mərhələ adlamaq üçün yaxşı şansı var. Qolsuz heç-heçə də "Qəbələ"ni növbəti mərhələyə yüksəldəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

 
24 oktyabr

UEFA Gənclər Liqası

1-ci mərhələ, cavab oyunu

 
14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr)
Hakimlər:
 Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.