"Qəbələ" "Bakı"ya uduzdu

"Qəbələ" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Region Liqası təmsilçisi - "Bakı" kollektivi olub. 

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüş gözlənilmədən "FC Baku"nun qələbəsi ilə nəticələnib. Eltun Hüseynov və Murad Səttarlının fərqləndiyi matçda "Qəbələ" 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının növbəti turunda martın 3-də "Zirə"nin qonağı olacaq.