"Qəbələ" baş məşqçi ilə bağlı qərar verdi

"Qəbələ" klubu baş məşqçisi Sənan Qurbanovla bağlı qərar verib.

Sportline.az xəbər verir ki, rəhbərlik 38 yaşlı mütəxəssislə yola davam etmək qərarına gəlib.

Beləliklə, "Qəbələ"ni yeni mövsümə Sənan Qurbanov hazırlaşdıracaq.

Qeyd edək ki, 2018-ci ildən "Qəbələ"ni çalışdıran Qurbanov, mövsümü Azərbaycan Kuboku ilə başa vurub.