"Qəbələ" baş məşqçiyə görə cərimələndi

AFFA İntizam Komitəsi “Qəbələ” klubunu cərimələyib.

Sportline.az xəbər verir ki, buna komandanın baş məşqçşisi Sənan Qurbanovun, Topaz Premyer Liqasının VII turunun “Zirə” ilə səfər matçından sonra keçirilən mətbuat konfransında iştirak etməməsi səbəb olub. Baş məqşçinin bu davranışına görə klub 800 manat cərimə edilib.

Xatırladaq ki, "Qəbələ", “Zirə” ilə görüşdə 0:1 hesabı ilə məğlub olmuşdu.