"Qəbələ" "Benfika" ilə eyni qrupda

"Qəbələ"nin daha bir aşağı yaş qrupu üzrə komandası beynəlxalq turnirdə iştirak edəcək. 

Sportline.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, U-17 komandası Fransada turnirə qatılacaq. "Snaf Mondial Cup" adlı turnir 10-12 mayda keçiriləcək. 

"Qəbələ"nin A qrupundakı rəqibləri yerli "Monako" və "Anje", eləcə də Portuqaliyadan "Benfika" olacaq.