"Qəbələ" braziliyalıları sınayır
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" braziliyalı Mateus Fornazari, Kayo Neves, Josiel və Vellerson da Silvanı sınaqdan keçirir.
Sportline.az xəbər verir ki, Fornazarri və Neves hücumçu, Vallersonla Josiel isə yarımmüdafiəçidir.
Braziliyalılar "Qəbələ"nin Almaniyanın "Meppen" klubu ilə yoxlama oyununda (1:2) meydana çıxıblar. Vellerson Almaniyanın üçüncü bundesliqa klubuna qol vurmağı da bacarıb. Komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra klubun rəsmi saytına açıqlamasında onları qarşıdakı oyunda da sınayacağını bildirib.