"Qəbələ" daha bir futbolçunu heyətinə qatdı

2019-2020-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Sadiq Quliyevlə 1 illik müqavilə imzalayıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər komandanın formasını geyinəcək.