"Qəbələ" - "Dinamo": təyinatlar

"Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, görüş şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Nikolas Uolşa Alan Mulvenni və Cordan Stokoe yan xətt, Qavin Dankan dördüncü hakim qismində yardımçı olacaq.

Belçikalı Qay Qötalz hakim-inspektor, kiprli Mixalis Mitas UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.