"Qəbələ" fasilədən belə istifadə edəcək

"Qəbələ" milli komandaların oyunların ilə əlaqədar Premyer Liqada yaranan fasilə zamanı yoxlama oyunu keçirəcək.

Sportline.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbərə görə, “qırmızı-qaralar” "Səbail"la qarşılaşacaq. Noyabrın 16-ı "Asco Arena"da olacaq görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" ölkə çempionatının turnir cədvəlində hazırda 9 xalla 8-ci, "Səbail" isə 11 xalla 5-cidir.