"Qəbələ" Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası, bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayır.

 Sportline.az xəbər verir ki, "qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk oyun Nikosiyanın "Makarion” stadionunda olacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

2 oktyabr

18:00. APOEL (Kipr) – "Qəbələ”

Hakimlər: Furkat Atacanov, Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan)

UEFA nümayəndəsi: Vasko Doyçinovski (Şimali Makedoniya)

Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)

Nikosiya. "Makarion” stadionu