"Qəbələ" gümüş medalları təmin etdi
Topaz Premyer Liqasında mövsümün daha bir mükafatı sahibini tapıb. SportLine.az xəbər verir ki, "Sumqayıt"la səfər görüşündə qalib gələn "Qəbələ" gümüş medalları təmin edib.
Xalını 49-a çatdıran "qırmızı-qaralar" ən yaxın izləyicisi "Neftçi"ni 6 xal qabaqlayır.
Qeyd edək ki, Topaz Premyer Liqasında mövsümün sonuna 1 tur qalır.