"Qəbələ" hazırlığa başladı

“Qəbələ” yeni mövsümün hazırlığına start verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəliblər. 2019/20 mövsümünə hazırlıq çərçivəsində keçirilən ilk məşq iki hissədən ibarət olub. Öncə futbolçular fiziki hazırlıq keçiblər. Ardınca komanda üzvləri meydanda məşq ediblər. Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib. Komanda növbəti məşqini sabah axşam saatlarında gerçəkləşdirəcək.

Xatırladaq ki, yeni mövsümə hazırlığın ilk mərhələsi iyunun 29-dək davam edəcək. Həmin gün “Qəbələ” Bakıda “Zirə” ilə yoxlama oyunu keçirəcək.