"Qəbələ" hazırlığı davam etdirir

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. SportLine.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən təlim-məşq toplanışının 4-cü gününü arxada qoyub. Komandamız günü bir məşqlə tamamlayıb. Baş məşqçi Sənan Qurbanovun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verib. “Qırmızı-qaralar”ın sabah iki məşqi baş tutacaq.