"Qəbələ" Almaniyadan məğlub qayıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən "Qəbələ"nin U-19 komandası bu gün növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, "qırmızı-qaralar" II mərhələsində cavab oyunu çərçivəsində "Herta"nın qonağı olub.

İlk görüşdə 1:3 hesabı ilə uduzan təmsilçimiz çətin səfər görüşündə məğlubiyyətlə barışıb.

Beləliklə, "Qəbələ" Gənclər Liqası ilə vidalaşıb.

28 noyabr 2018
UEFA Gənclər Liqası
II mərhələ, cavab oyunu

“Herta” (Almaniya) - “Qəbələ” (Azərbaycan) - 1:0
QOL:
Muhammed Kiprit, 24/p. (1:0)

Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)
Berlin. “Vurfplats” stadionu
İlk oyun – 3:1