"Qəbələ" "Herta" qarşısına bu heyətlə çıxacaq
"Qəbələ" bu gün UEFA Gənclər Liqasının II mərhələsində cavab görüşünə çıxacaq.
Sportline.az xəbər verir ki, Berlinin "Stadion auf dem Vurfplatz” stadionunda keçiriləcək oyunda rəqib "Herta"dır.
Start fiti saat 16:00-da səslənəcək qarşılaşmanı Ferents Karakonun rəhbərliyi ilə macarıstanlı hakimlər briqadası idarə edəcək.
16:00. "Herta" - "Qəbələ"
Baş hakim: Ferenc Karako
Baş hakimin köməkçiləri: Tibor Csatari, Norbert Bornemissza (Macarıstan)
Dördüncü hakim: Lasse Koslovski (Almaniya)
"Qəbələ" 1. Əmrah Zülfüqarlı 2. Rüstəm Nuruyev 3. İzzət Müştaqov 4. Vüsal Məsimov 6. Faiq Hacıyev 7. Əli Sadıqov (k) 8. Abbas Ağazadə 10. Təbriz İsazadə 11. Samir Qurbanov 15. İdris İnqilablı 17. Məhəmməd Məhərrəmov
Qeyd edək ki, bu komandaların Qəbələdəki oyununda "Herta” qalib gəlib (3:1)