"Qəbələ" "Herta"ya uduzdu

UEFA Gənclər Liqasında mübarizə aparan "Qəbələ" bu gün növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, II mərhələ çərçivəsində keçiriləcək görüşdə rəqib Almaniya çempionu "Herta" olub.

I mərhələdə "Şerif"i mübarizədən kənarlaşdıran "qırmızı-qaralar" çətin rəqiblə dueldə də azarkeşlərini sevindirə bilməyiblər.

07 noyabr 2018
UEFA Gənclər Liqası
II mərhələ, ilk oyun

“Qəbələ” (Azərbaycan) – “Herta” (Berlin, Almaniya) - 1:3
QOLLAR:
Kiprit, 65 (0:1); Nqankam, 71 (0:2); Vertmüller, 85 (0:3); Əli Sadıxov, 88 (1:3)

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)
Qəbələ şəhər stadionu