"Qəbələ" 3 xalı 3 qolla qazandı

Topaz Premyer Liqasında 25-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək.

Autsayder mövqeyində qərarlaşan "Kəpəz" Qəbələyə səfər edəcək. Yunis Hüseynovun komandası çətin dueldən qalib ayrılmaqla "Səbail"lə xal fərqini azaltmaq istəyir. "Qəbələ" isə 2-ci pillədəki mövqeyini möhkəmlətmək üçün 3 xala ehtiyac duyur.

Qarşılaşma saat 18:00-da başlanacaq.

28 aprel 2018
Topaz Premyer Liqası
25-ci tur

“Qəbələ” - “Kəpəz” - 3:0
QOLLAR: Ozobiç, 31 (1:0); Monroz, 39 (2:0); Cavid Hüseynov, 45 (3:0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore