"Qəbələ" "Keşlə" ilə 51-ci dəfə üz-üzə

Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. Komanda Bakıda yerli “Keşlə” ilə görüşəcək. Bu, iki komanda arasında 51-ci duel olacaq.

İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 50 dəfə qarşılaşıblar. 16 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 117 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdir – 65:52. “Qəbələ”nin bu oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdir. Onun hesabında 5 qol var.

Komanda 25-ci dəfə “Keşlə”nin qonağı olacaq. Səfərdə 8 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 14 dəfə uduzub. Rəqib meydanında 25 qol vuran futbolçularımız 38 top buraxıblar.

Əvvəlki 50 oyundan 45-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. Çempionatda rəqibinin qapısından 45 top keçirən komanda 58 qol buraxıb.