Qəbələdə qalib müəyyənləşmədi

Topaz Premyer Liqasında 26-cı tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək. İkinci pillədə qərarlaşan "Qəbələ" "Keşlə" ilə üz-üzə gələcək.

Ötən tur "Neftçi" məğlub edən "Keşlə" futbolçuları, bu dəfə də azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar. "Qəbələ" isə qələbə qazanmaqla gümüş medalları təmin edəcək.

Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.


05 may 2018
Topaz Premyer Liqası
26-cı tur

"Qəbələ” – "Keşlə” - 1:1
QOLLAR: 
Slavik Alxasov, 11 (0:1); Stiven Monroz, 31 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore