"Qəbələ" "Keşlə" ilə üz-üzə
Növbəti mövsümə hazırlığı davam etdirən "Qəbələ" və "Keşlə" bu gün yoxlama oyununda qarşılaşıb. SportLine.az xəbər verir ki, komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəlib.
Görüş "qırmızı-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Oyunda hesab 46-cı dəqiqədə açılıb. "Keşlə"nin müdafiəçisi Denis Silva topu öz qapısına göndərib. "Qəbələ"nin 2-ci qolunu isə 85-ci dəqiqədə Rauf Əliyev vurub.