"Keşlə" - "Qəbələ" matçında qalib müəyyənləşmədi

Bu gün Topaz Premyer Liqasında 20-ci turun görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "İnter Arena"da "Keşlə" "Qəbələ"ni qəbul edəcək. 

Paytaxt təmsilçisi qələbə qazanmaqla "Səbail"i arxada qoya bilər. "Qırmızı-qaralar" isə "Qarabağ"a bir qədər yaxınlaşmaq barədə düşünürlər. 

Qarşılaşmanın start fiti saat 15:30-da səslənəcək.


13 mart 2018
Topaz Premyer Liqası
20-ci tur

15:30. “Keşlə” – “Qəbələ” - 1:1
QOL: 
Baqali Dabo, 32; (0:1), Vojislav Stankoviç, 59-avtoqol (1:1)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov 
“İnter Arena”