"Zirə" "Sabah"la heç-heçə etdi, "Keşlə"dən "Qəbələ"yə 4 qol
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir. Turun açılış matçında "Qəbələ" "Keşlə"ni qəbul edir.
Günün digər qarşılaşmasında "Sabah" "Zirə"nin qonağı olacaq.
Qeyd edək ki, 3-cü tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, III tur
31 avqust (şənbə)
18:30. “Qəbələ” – “Keşlə” - 0:4
Qollar: Slavik Alxasov, 10, Tural Bayramlı, 39, Lorenzo Frutos, 45+1, 90+1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Sabah” 1:1
Qollar: Amadou Diallo, 35 (0:1), Soni Norde, 88 (1:1).
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu