"Qəbələ" Kiprdə APOEL-lə heç-heçə etdi

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
 
Sportline.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiyanın “Makarion” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.

 
2 oktyabr
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun

18:00. APOEL (Kipr) – “Qəbələ” (Azərbaycan) - 1:1
Qollar: 
Giannis Satsias, 9-avtoqol (0:1), Qavriel, 48 (1:1)
Baş hakim: Furkat Atacanov (Qazaxıstan)
Nikosiya. “Makarion” stadionu