"Qəbələ" komandası Avrokuboka vəsiqə qazandı

Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, “Qəbələ” komandasıdır. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv AFFA-nın təşkil etdiyi Gənclər Liqasının XXII turunda “Qarabağ”ı 1:0 hesabı ilə üstələməklə, xalını 60-a çatdırıb və çempionluğu erkən təmin edib.

Əyalət təmsilçisi bununla da UEFA Gənclər Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, “Qəbələ”nin ən yaxın izləyicisi “Keşlə” evdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etməklə, xalını 42-ə çatdırıb. Mövsümün başa çatmasına 6 tur qalmış paytaxt klubu ilə əyalət təmsilçisi arasında xal fərqi 18 olsa da, bakılılar şəxsi oyunlarda rəqibindən aşkar geri qalır (0:2, 0:3, 0:5).