"Qəbələ" komandasında ciddi itki

Topaz Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə zədələnən "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının durumuna aydınlıq gətirilib. 

Sportline.az xəbər verir ki, ukraynalı qolkiper 2-3 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, 36 yaşlı qapıçı ölkə kubokunun yarımfinalında "Qarabağ"la keçiriləcək oyunları, Premyer Liqamızda isə ən azı "Səbail" və "Neftçi" ilə görüşləri buraxacaq.

Qeyd edək ki, "Qəbələ" sabah "Qarabağ"la öz meydanında, mayın 1-də isə səfərdə qarşılaşacaq.