"Hər bir komandanı məğlub etmək gücündəyik" - Sadio Mane
"Qazanılan hər qələbə komandaya əlavə güc verir". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Liverpul" klubunun futbolçusu Sadio Mane deyib.
"Mançester Siti" ilə görüş barədə fikirlərini bölüşən S.Mane final haqda danışmağın tez olduğunu dilə gətirib:
"Komandanın özünə inamı daha da artıb. Ancaq hələ final haqda danışmaq çox tezdir. Qarşıda daha bir oyunumuz var. Heç bir oyunda qalib gəlmək asan iş deyil. Amma keyfiyyətli oyunun hesabına hər bir komandanı məğlub etmək gücündəyik".