"Qəbələ" kubok oyununa hazırlaşır

"Qəbələ” komandası Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"la keçirəcəyi ilk oyuna Bakıda hazırlaşır.

SportLine.az xəbər verir ki, XIV turun "Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından sonra paytaxtda qalan komanda məşqlərini ara vermədən sürdürür. Əvvəlcə bərpaedici hazırlıq keçən futbolçular bu gün meydanda məşq ediblər. Baş məşqçi Sənan Qurbanovun komandası "Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, "Qəbələ” – "Sabah” oyunu dekabrın 16-da baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.