"Qəbələ" kubokun təqdimat tədbirini keçirəcək

"Qəbələ” klubu Azərbaycan kubokunu doğma şəhərində təqdimatını edəcək.

Sportline.az xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

Klubun əldə etdiyi ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan kubokunun finalında “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.