"Qəbələ" legioneri ilə anlaşdı

“Qəbələ” ilə müqaviləsi dekabrın 31-də bitən İviça Juniç klubdan ayrılmayacaq.

Sportline.az xəbər verir ki, xorvatiyalı müdafiəçi ilə ilkin razılıq əldə edilib.

Onunla yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, 31 yaşlı Juniç bu ilin yayından “Qəbələ”nin formasını geyinir.