"Qəbələ" Lüksemburqda məşqə çıxdı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə qarşılaşan “Qəbələ” Lüksemburqda ilk məşqinə çıxıb. SportLine.az xəbər verir ki, iyulun 17-də səfərə yollanan “qırmızı-qaralar” səhər saatlarında Differdanj şəhərinə çatıb.

“Hilton” otelində məskunlaşan komanda hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv məşq prosesinə fiziki hazırlıqla başlayıb, ardınca toplu çalışmaları icra edib.

Bu gün “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qırmızı-qaralar” oyunun keçiriləcəyi Differdanj şəhər Munisipal stadionunda hazırlıq keçəcək.

Xatırladaq ki, iyulun 19-da baş tutacaq “Proqres” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

"Qəbələ" İK-nın məlumatı