"Qəbələ" Macarıstan klubuna qalib gəldi
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Macarıstanın MTK komandası olub.
Qaşrılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində 2 oyun keçirib. Almaniya "Mappen"inə yenilib (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edən (2:2) bölgə təmsilçisinin "Fakel"lə iki gün əvvəlki sınağı əlverişsiz hava ucbatından baş tutmamışdı.
26 yanvar 2019
Yoxlama oyunu
"Qəbələ" - MTK (Macarıstan) - 3:2
Antalya, Türkiyə