"Qəbələ" "Mançester Yunayted"lə görüşəcək

"Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirə qatılacaq.

Sportline.az xəbər verir ki, "qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq "X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq. Turnir iyunun 13-17-də keçiriləcək.

Yarış Krakov şəhər meriyasının "Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq.

Püşkün nəticəsinə görə, "Qəbələ" "Yagelloniya", "Lex", "Heerenveen", "Çikaqo İqlz" və "Mançester "Yunayted"lə qarşılaşacaq.