"Qəbələ" məşqlərə başladı

Topaz Premyer Liqasının III turundan sonra istirahətə buraxılan "Qəbələ" hazırlıqlarını bərpa edib. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib. 

Hazırlıqlarını paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun komandası "Bakı" FK-nın bazasında məşq edib. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlıqa U-19 komandasının bir neçə üzvü də qatılıb.

Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.