"Qəbələ" "Milan"la qarşılaşacaq

Aprelin 5-7-si aralığında Türkiyənin İzmir şəhərində 12 yaşadək futbolçuların "İzmir Cup" turniri keçiriləcək.

Sportline.az xəbər verir ki, ənənəvi turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcək.

Yarışa ümumilikdə 13 fərqli ölkədən 70 komanda və 1300-ə yaxın futbolçu qatılacaq. "Altınordu" klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə Azərbaycanı "Qəbələ" və "Neftçi"nin U-12 komandaları təmsil edəcək.

Yarışa həmçinin "Çelsi", "Milan", "Latsio", "Mançester Siti", "Portu", "Ayaks", "Marsel", "Valensiya", "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" və "Fənərbaxça" kimi məşhur klublar qatılacaq.