"Qəbələ" MOİK-lə görüşə hazırlaşır

“Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir. SportLine.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komandamız iki dəfə məşq edib. Sabah Qəbələ şəhər stadionunda baş tutacaq məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq.

Ardınca Bakıya yollanacaq “Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Komandamız iyunun 18-də MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq. “Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.