"Qəbələ" mövsümün son ev oyununa çıxacaq

Sabah Topaz Premyer Liqasında 27-ci  turun oyunları keçiriləcək.

Sportline.az gabalafc.az saytına istinadən xəbər verir ki, “Qəbələ” mövsümdə son ev oyununa çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Komanda 49-cu dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələcək. İndiyədək iki komanda ümumilikdə 48 dəfə görüşüb. Hesabında 17 qələbə və 11 heç-heçə olan “Qəbələ” 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir – 63:61.

Beş dəfə Azərbaycan kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal qazanıbsa, 18 dəfə qələbə bakılıların olub. 56 qol sevinci yaşayan “qırmızı-qaralar” öz qapısında 55 top görüb.

“Neftçi” ilə 25-ci ev oyununa çıxacaq “Qəbələ” doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir – 32:31.