Avroliqa: "Neftçi" "Sevilya" ilə qarşılaşa bilər

Bu gün UEFA Avropa Liqasında 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

SportLine.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə klublarımızın rəqibləri müəyyənləşib. 

Beləliklə, "Keşlə" 1-ci təsnifat mərhələsində Maltanın "Baltsan" klubuna rəqib olub.

"Neftçi" Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək. İlk oyun Bakıda olacaq.

"Qəbələ"nin rəqibi isə Lüksemburq "Proqres" olub. İlk oyun səfərdə keçiriləcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab matçları isə bir həftə sonra olacaq.

2-ci təsnifat mərhələsinin püşkatmasının nəticələri isə belə olub:

“Baltsan” (Malta) / “Keşlə” (Azərbaycan) – “Milsami” (Moldova) / “Slovan” (Bratislava, Slovakiya)

“Budapeşt Honved” (Macarıstan) / “Rabotniçki” (Makedoniya) -  “Proqres” (Lüksemburq) / “Qəbələ” (Azərbaycan)

“Sevilya” (İspaniya) – “Neftçi” (Azərbaycan) / “Uypeşt” (Macarıstan)

2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 26-da, cavab matçıları isə avqustun 2-də keçiriləcək.