"Qəbələ" növbəti transferi rəsmiləşdirdi

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. Juniç ardınca Avstriyada “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşada QKS, Ukraynada “Volın”, “Çernomorets”, Rusiyada “Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın “Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.