"Qəbələ" nümayəndələri "Feyenoord"un düşərgəsinə yollanıb

“Qəbələ” Futbol Akedemiyasının rəhbərliyi və bir neçə məşqçisi Hollandiyanın “Feyenoord” klubunun düşərgəsinə yollanıblar.

Sportline.az xəbər verir ki, onlar bir həftə müddətində həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar.

“Qəbələ”nin nümayəndələri arasında klub rəsmilərindən Səbuhi Qarayev, Nail Kərimov, məşqçilərdən Halim Fıçıcı da yer alıblar.