"Qəbələ" komandası ona həvalə olundu

“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib. 

Sportline.az  klubun saytına istinadən xəbər verir ki, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib.