"Qəbələ" yenə qələbə qazana bilmədi

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Polşanın “Krakoviya” kollektivi olub.

Beltintsidə keçirilən qarşılaşma Polşa klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. Albaniyanın "Kukesi" komandası ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubuna uduzub - 0:2.