"Qəbələ" Premyer Liqa klubuna qarşı
Yanvarın 13-dən 27-nə kimi Antalyada təlim-məşq toplanışında olacaq "Qəbələ"nin yoxlama oyunu üçün daha bir rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, söhbət Rusiyanın “Yenisey” komandasından gedir. Dmitri Aleniçevin rəhbərlik etdiyi Premyer Liqa təmsilçisi ilə oyun yanvarın 20-də olacaq.
Qeyd edək ki, “Qəbələ” həmçinin, yanvarın 16-da “Meppen” (Almaniya), 24-də “Fakel” (Rusiya), 26-da isə "MTK Budapeşt" (Macarıstan) klubları ilə qüvvəsini sınayacaq.