"Qəbələ" - "Proqres" matçına biletlər bu qiymətə
Avropa Liqasının I təsnifat mərhələsinin "Qəbələ" - "Proqres" (Lüksemburq) oyununun biletləri satışa çıxarılır.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.
Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlayacaq.