"Qəbələ" - "Proqres" oyununun hakim təyinatları açıqlandı
Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” və "Proqres” (Lüksemburq) komandaları arasında keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.
SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Moldovadan olan hakimlər idarə edəcək:
Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasili Ermischin, Dimitri Ciobanu
Dördüncü hakim: Andrey Kojakaru
(Hakimlər briqadası Moldovadandır)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jgarkava (Gürcüstan)
Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.