"Qəbələ" - "Qarabağ" oyunu ilə bağlı qərar verilib
Topaz Premyer Liqasının 11-ci turunun “Qəbələ” - "Qarabağ" görüşü təxirə salınmayacaq.
Sportline.az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun görüşündə oyunun nəzərdə tutulan vaxtda keçirilməsi qərar alınıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Vorskla” ilə səfər matçından (1:0) sonra Bakıya nəzərdə tutulan vaxtdan gec qayıtdığı üçün qarşılaşmanın təxirə salınması gözlənilirdi.
Xatırladaq ki, Poltavanın üzərini alan güclü duman səbəbindən, saat 03:30-a nəzərdə tutulan uçuş, 12:00-a dəyişdirilib. Lakin, "Qarabağ" ertəsi gün də əlverişsiz hava şəraiti ilə əlaqədar, Bakı vaxtı ilə saat 15:00-da Azərbaycana yola düşüb və 17:20-də mənzil başına çatıb.