"Qəbələ" "Qarabağ"a qalib gəldi, "Sumqayıt"da səssizlik

Bu gün Azərbaycan kuboku turnirində 1/2 final mərhələsinin ilk oyunları keçirilib.

Sportline.az xəbər verir ki, əvvəlcə meydana "Qəbələ" və "Qarabağ" komandaları çıxıblar. 

Günün son qarşılaşmasında isə, "Zirə" "Sumqayıt"ın qonağı olub. 

Qeyd edək ki, cavab oyunları mayın 7-də keçiriləcək. 


23 aprel (çərşənbə axşamı)

16:00.“Qəbələ” – “Qarabağ” 1-0

QOL: Ceyms Adeniyi, 71
Hakimlər
:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30.“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər:
 Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”