"Qəbələ"dən məhsuldar heç-heçə

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Rusiyanın "Yenisey" kollektivi olub.

Qarşılaşmada qalib müəyyənləşməyib.

Qeyd edək ki, "qırmızı-qaralar" ilk yoxlama oyununda Almaniyanın “Meppen” klubuna 1:2 hesab ilə məğlub olub.

20 yanvar 2019
Yoxlama oyunu

"Qəbələ" - "Yenisey" (Rusiya) - 2:2
Antalya, Türkiyə