"Qəbələ"nin oyunu ləğv edildi
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin "Fakel"lə (Rusiya) bu gün keçirilməli olan növbəti yoxlama oyunu təxirə salınıb. SportLine.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb.
24 yanvar 2019
Yoxlama oyunu
"Qəbələ" - "Fakel" (Rusiya) - ləğv edilib
Antalya, Türkiyə