"Qəbələ" - "Sabah" oyunu rəqəmlərin gözü ilə

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatacaq.

Sportline.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranan bu fasilədən sonra IV turun matçları keçiriləcək. 

“Qəbələ” sentyabrın 14-də “Sabah”la qarşılaşacaq. Bu görüş “qırmızı-qaralar”ın cari çempionatda ikinci səfər sınağı olacaq.

“Qəbələ” indiyədək bu rəqiblə 6 dəfə görüşüb. Ötən mövsümə təsadüf edən bu qarşılaşmalardan üçü Premyer Liqa, ikisi kubok çərçivəsində baş tutub. “Qəbələ”nin 4 dəfə qalib gəldiyi duellərdə 1 heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” yalnız ilk oyunda uduzub və ardınca 5 oyundu yenilmir. Top fərqi də bu üstünlüyü əks etdirir – 5:2. Yalnız bir futbolçu – Ceyms Ademiyi bu qarşılaşmalarda birdən artıq qola sevinib. O, “Sabah”ın qapısına iki dəfə yol tapıb.

Çempionatdakı 4 görüşdə iki qələbəsi olan “qırmızı-qaralar” bir heç-heçə edib və bir dəfə xalsız qalıb. Premyer Liqada rəqibin qapısından üç top keçirən bölgə futbolçuları 2 qola üzülüblər.

“Sabah”ın ev qarşılaşmalarında maraqlı tendensiya müşahidə olunub. Bütün matçların taleyini bir qol həll edib. İlk oyunda meydan sahibləri, sonrakı görüşlərdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, 6 qarşılaşmadan dördündə bu hesaba təsadüf olunub.