"Qəbələ" "Səbail"lə qarşılaşacaq
"Səbail” və "Qəbələ” milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək yoldaşlıq görüşündə qarşılaşacaqlar.
SportLine.az xəbər verir ki, qarşılaşma oktyabrın 13-də "Bakı"nın bazasında baş tutacaq.
Görüş saat 16:00-da start götürəcək.